3152aeef-8e45-4266-b095-376e10a1da35..jpg

İki deputatımız Qazaxıstandakı hadisələrə münasibət bildirməkdən imtina etdi

Baxış sayı: 2. 600 dəfə baxılıb.

İki deputatımız Qazaxıstandakı hadisələrə münasibət bildirməkdən imtina etdi

Qazaxıstanda baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Hazırda
mətbuatın və sosial şəbəkələrin əsas müzakirə mövzusu Qazaxıstandır.

Məsələnin aktuallığını nəzərə alıb Cixisyolu.com olaraq Milli Məclisin
Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
Səməd Seyidova müraciət etdik.

Amma deputat Qazaxıstanda baş verən hadisələrə münasibət bildirməkdən yayındı.

Deputat saytımızın sualını cavabsız qoyub, daha sonra isə telefon zənglərinə
cavab verməyib.

Qrupun üzvü Sahib Alıyev isə cəmi üç cümlə ilə münasibət bildirib:

“Mən yalnız onu deyə bilərəm ki, Qazaxıstanda heç də yaxşı hadisələr baş
vermir. Yalnız təəssüf edirəm. Başqa şərh vermək istəmirəm”, – deyə Sahib
Alıyev bildirib.

Qeyd edək ki, Qazaxıstanda yeni ilin ilk günündən maye qaz qiymətlərinin
ikiqat bahalaşması ölkədə kütləvi etirazlarla qarşılanıb.

Etirazlar Nursultan, Almatı, Aktobe, Çimənkənddə baş verib.

Hakimiyyət qiymətlərin aşağı salınacağını bildirsə də və hökuməti istefaya
göndərsə də, bu, etirazçıları qane etməyib.

Yanvarın 5-də Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayev postunu tərk
edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına müraciət edərək hərbi təşkilatdan yardım istəyib.

Bəzi ekspertlər baş verənləri xarici qüvvələrin təhriki kimi dəyərləndirir,
digərləri isə sırf sosial etiraz kimi xarakterizə edir.

Aqşin Kərimov

Source link