İki fələstinli İsrailin xeyrinə casusluq ittihamı ilə izdiham tərəfindən linç
edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İordan çayının qərb sahilində İsrailin xeyrinə casusluq etməkdə şübhəli
bilinən iki fələstinli izdiham tərəfindən döyülərək öldürülüb.
Hadisənin Tulkarm şəhərində baş verdiyi qeyd edilir. İlkin məlumatlara görə,
qəzəbli izdiham İsrail hakimiyyəti ilə əməkdaşlıq etdiyi güman edilən iki yerli
sakini linç edib.
Dəhşətli qətldə bir çox sakin iştirak edib, onlardan bəziləri baş verənləri
kameralara çəkiblər.
Daha sonra camaat ölənlərin meyitlərini dirəyə asmaqla təhqir edib.
Mənbə: Jerusalem Post