İki gimnastımız Dünya Kubokunun qızıl medalını qazanıb

Baxış sayı: 3. 185 dəfə baxılıb.

Ötən həftə Osiyekdə (Xorvatiya) idman gimmnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku yekunlaşaraq, estafeti Sloveniyanın Koper şəhərinə təhvil verdi. Təmsilçilərimiz bu yarışda da uğurlu çıxışları ilə fərqlənməyi bacarıblar.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, ötən gün baş tutan final yarışlarında gimnastlarımız Marina Nekrasova və Nikita Simonov iki qızıl medal qazanaraq, “Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himnimizi qürurla səsləndiriblər.

Millimizin hesabına ilk qızılı Marina yazdırıb. Dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal alan gimnastımız, öz sevimli alətində bütün rəqiblərini üstələyib.

Çox keçmədən daha bir qızıl xəbəri Nikitadan gəlib. Təmsilçimizin halqalardakı çıxışı ona bu dəfə də birinciliyi qazandırıb. Gözləntiləri maksimum doğruldan Nikita, çıxışının yekununda 14.600 xal alaraq, fəxri kürsünün ilk pilləsində qərarlaşıb.

İki gimnastımız Dünya Kubokunun qızıl medalını qazanıb