c339b391-e4ad-43a2-abdc-2c6bd04beb63..jpg

İki il əvvəl anasını itirən 3 yaşlı körpə odun peçində yanıb – FOTO

Baxış sayı: 901 dəfə baxılıb.

İki il əvvəl anasını itirən 3 yaşlı körpə odun peçində yanıb – FOTO

2020-ci il təvəllüdlü Kərimov Nihad Vüsal oğlu ağır yanıq xəsarətləri alıb.

Bu barədə Cixisyolu.com-a onun analığı Şərifova Tənzilə Bəhram qızı məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Belə ki, 3 yaşlı övladlığı Nihad serebral iflicdən əziyyət çəkir:

“Nihad yeriyə və danışa bilmir. O, 15 gün əvvəl oturduğu yerdə müvazinətini
itirərək odun peçinin üzərinə düşüb. Ağır yanıq xəsarətləri alıb. Hadisədən
sonra Nihadı Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. İmkanımız
çatmadığı üçün müalicəni yarımçıq dayandırıb xəstəxanadan çıxmaq
məcburiyyətində qaldıq. Biz Ucarda yaşayırıq. Nihad çox əziyyət çəkir. Danışa
bilmir deyə ağrıdığını da deyə bilmir. Bütün günü ağlayır. Qeyd edim ki, iki il
əvvəl anasını xərçəng xəstəliyindən itirib. Nihadın müalicəsinə maddi durumumuz
imkan vermir. Bizə bu müalicə üçün 800 manat pul lazımdır. İmkanlı şəxslərdən
bizə dəstək olmalarını xahiş edirəm”.

Əlaqə nömrəsi: 055 365 92 28

Source link