5a4cfc35-beff-4163-92dd-491aa80cb083..jpg

İki il əvvəl itkin düşmüş qadının öldürüldüyü bilindi – Tanışı TUTULDU + VİDEO

Baxış sayı: 1. 046 dəfə baxılıb.

İki il əvvəl itkin düşmüş qadının öldürüldüyü bilindi – Tanışı TUTULDU + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti
nəticəsində 2022-ci ilin may ayında itkin düşmüş Abşeron rayon sakini, 1965-ci
il təvəllüdlü Bahar Məmmədovanın qəsdən öldürülməsi müəyyən edilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə hər iki qurum birgə məlumat yayıb.

Qeyd olunub ki, Bahar Məmmədovanın 2022-ci il mayında itkin düşməsi faktı üzrə
Abşeron Rayon Prokurorluğu və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının
keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun
Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 1969-cu il təvəllüdlü Könül
Baxşəliyev tərəfindən qısqanclıq zəminində boğularaq qəsdən öldürülməsi, daha
sonra isə həmin evin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

Bahar Məmmədovanın meyitinin basdırıldığı yer Könül Baxşəliyevin istintaqa
verdiyi ifadə əsasında müəyyən olunaraq ekspert və prokuror-kriminalistin
iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv
istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Könül Baxşəliyev Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə şübhəli şəxs
qismində tutulub.


Source link