İki ildən çoxdur boş qalan direktor vəzifəsinə TƏYİNAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor təyin
olunub.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə Şirvan-Salyan Regional Mədəniyyət
İdarəsinin rəisi Şahin Şahbazov əmr imzalayıb.
Əmrə əsasən, həmin vəzifəyə Kürçaylı Zabil oğlu Məmmədov gətirilib.
O, bu təyinatadək Salyan Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində
çalışıb.
Qeyd edək ki, Salyan Dövlət Rəsm Qalereyasının bundan əvvəlki direktoru
İmanverdi Mustafayev olub. İki ildən çoxdur ki, bu vəzifə boş idi.
Bildirək ki, K.Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin bakalavriat və magistratura pillələrini bitirib. O bir neçə
qısametrajlı bədii və sənədli filmlər, etüdlər, televiziya verilişlərinin
müəllifi və rejissorudur.
Belə ki, onun rejissoru olduğu “Bərə” qısametrajlı filmi 10-cu Bakı Beynəlxalq
Qısa Filmlər Festivalında “Münsiflər heyətinin diplomu”na, “Sabahın xeyir, Sübh
anası” sənədli filmi isə 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Ən
yaxşı sənədli film” nominasiyası üzrə qalib gələrək “Qızıl nar”a layiq görülüb,
həmçinin “Dağlardakı Qarxun” sənədli filmi isə Türkiyədə keçirilən 5-ci Türk
Dünyası Belgesel Film Festivalın laureatı adını alıb.
Kürçaylı Məmmədov həm də Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin
kommunikasiya meneceridir.