İki Koreya lideri barışığı “rəsmiləşdirəcək”

İki Koreya lideri barışığı “rəsmiləşdirəcək”

Baxış sayı: 2. 845 dəfə baxılıb.

Şimali Koreya lideri Kim Çen In və Koreya Respublikasının prezidenti Mun Çje İn aprelin 27-də demarkasiya xəttində görüşəcəklər. 

ÇıxışYolu.Com bununla bağlı Reuters agentliyinə istinadla xəbər verir. 

Gözlənilir ki, liderlərin sammitinin sonunda iki ölkə arasında vacib sənədlər imzalanacaq. 

Məlumatlara görə, Kim Çen Inı səfər zamanı bacısı, 2015-ci ildən Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin rəhbəri olan Kim Ye Çen müşayiət edəcək. 

Qeyd edilib ki, Mun Çe İn və Kim Çen In iki ölkə arasında barışığın və münasibətlərin yaxşılaşdırılmasının rəmzi olan ağac əkəcəklər. 

www.ÇıxışYolu.Com