27d3263a-9a8e-4d32-822e-93625efbe336..jpg

İki manata görə düşən dava, 17 il həbs…

Baxış sayı: 676 dəfə baxılıb.

İki manata görə düşən dava, 17 il həbs…
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin avqustunda Bakının Nərimanov rayonunda 1993-ci il təvəllüdlü Samir
Mehrab oğlu Məhərrəmovu qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başa
çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
prosesdə 1985-ci il təvəllüdlü Fariz Mənsim oğlu Şəhniyarov Cinayət
Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə
təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, F.Şəhniyarov avqustun 22-nə keçən gecə
metronun “Ulduz” stansiyasının yaxınlığındakı mağazaya gedib və spirtli içki
alıb. O, fasiləsiz çalışan mağazanın satıcısı S.Məhərrəmovdan 4 saat ərzində
bir neçə dəfə spirtli içki alıb və oradakı skamyada içib. Nəticədə Farizin
Samirə 2 manat borcu yaranıb. Satıcı pulu tələb etdikdə isə tərəflər arasında
mübahisə düşüb. Gecə saat 5 radələrində işlədiyi avtoyuma məntəqəsinə gedən
Fariz oradan bıçağı götürərək geri qayıdıb və satıcıya hücum edərək onu
bıçaqlayıb. Ağır xəsarətlər alan Samir hadisə yerində ölüb.

Bildirilib ki, Samir yaşadığı Ağcabədidən Bakıya beş ay imiş ki, işləmək
məqsədilə gəlibmiş.

Məhkəmənin hökmü ilə Samir Məhərrəmovu qətlə yetirən F.Şəhniyarova 17 il
azadlıqdan məhrumetmə cəzası verilib.

Source link