İki marşrut üzrə avtobuslarda gediş haqqı “BakıKart”a keçib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gündən etibarən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 592 və 567
saylı marşrut xətlərində kartla ödəniş sistemi (BakıKart) tətbiq edilir.
Bununla əlaqədar marşrut xəttinin keçdiyi ərazilərdə bir neçə ödəniş aparatı
quraşdırılıb. Həmçinin sonuncu dayanacaq məntəqələrindəki dispetçerə (Qobu və
Goradil qəsəbələrində) kart yükləmə problemi ilə üzləşən sərnişinlərə kömək
etməsi məqsədilə post-terminallar təqdim edilib.
Qeyd edək ki, 567 və 592 saylı marşrut xətləri üzrə avtobuslardan hər gün
35-40 min nəfərədək sərnişin istifadə edir. Bu xətlərin kart sisteminə
qoşulması sərnişinlərin rahatlığı və xidmət keyfiyyətinin yüksəldilməsi ilə
yanaşı maliyyə şəffaflığı və elektron ödənişlərin təşviqi baxımından da çox
əhəmiyyətlidir.