İki milyarda yaxın insan kökələcək – PROQNOZ

İki milyarda yaxın insan kökələcək – PROQNOZ

Baxış sayı: 1. 913 dəfə baxılıb.

Vyanada keçirilən kökəlmə ilə bağlı Avropa konqresində alimlər Yer planeti əhalisi üçün bədbin proqnozla çıxış edib.

ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, alimlər 2045-ci ilə kimi Yer planetinin əhalisinin təxminən dördə bir hissəsinin artıq çəkidən əziyyət çəkəcəyini bildirib.

Bundan başqa hər səkkiz kişidən birində ikinci tip şəkərli diabet inkişaf edəcək.

Alimlərin sözlərinə görə, metabolik xəstəliklərin kəskin şəkildə çoxalmasının qarşısını almaq üçün 2045-ci ilə kimi kökəlmə hallarını 10 faizə qədər azaltmaq vacibdir.

Araşdırmada  2000-2014-cü illər ərzində kökəlmə templəri haqqında Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarından istifadə olunub. Alimlər əhalini yaş qrupları və müəyyən çəki göstəriciləri əsasında ayrı-ayrı kateqoriyalara bölüb.

.
www.ÇıxışYolu.Com