067a9278-475e-4827-9946-30b84594ef83..jpg

İki milyon mənimsəyən “falçı” yenidən məhkəmə qarşısında

Baxış sayı: 577 dəfə baxılıb.

İki milyon mənimsəyən “falçı” yenidən məhkəmə qarşısında
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda iki milyon manatlıq dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və
Şəfəq İsmiyevanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Nazim Mövsümovun
sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 29-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq
İsmiyeva 10 il 6 ay azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi
şikayəti təmin etməyib.

Qeyd edək ki, Şəfəq İsmiyeva “Instagram”da səhifə açaraq özünü Maya adlı falçı
kimi təqdim edərək iki il ərzində zərərçəkmiş Sənan Ağarzayevdən 1 milyon 998
min manat pul alıb. Sonradan dəymiş ziyanın yalnız 293 min manatı geri
qaytarılıb.

Şəfəq İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə
törədib. O, məbləğin böyük hissəsi Ceyhuna Zeynallıya verilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq –
xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli
sürülüb.

Ceyhun Zeynallı cinayətdə özünü təqsirli bilməyib, Şəfəq İsmiyevanın ona
böhtan atdığını deyib.

Xatırladaq ki, Sənan Ağarzayev Prezident Administrasiyasının Dövlət nəzarəti
məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayevanın həyat
yoldaşıdır. Məhkəmədə dindirilən zaman Şəfəq İsmiyeva bildirib ki, Rəna
Ağarzayevadan falçılıq adıyla 1 milyon 400 min manat pul alıb, bunun 800 minini
Zeynallıya verib, 600 mini özünə qalıb.

Source link