İki milyon nəfər Hindistan vətəndaşlığından məhrum edilə bilər

Baxış sayı: 1. 887 dəfə baxılıb.

İki milyon nəfər Hindistan vətəndaşlığından məhrum edilə bilər

Hindistanın Assam ştatı hakimiyyəti tərəfindən tərtib edilən Milli Vətəndaşlıq Reyestrinə iki milyona yaxın şəxsiin adı daxil edilməyib.

Bu barədə yerli hakimiyyət orqanlarından məlumat veriblər.

Qeyd edilir ki, həmin şəxslər Hindistan vətəndaşlığından məhrum edilə və ölkədən deportasiya edilə bilərlər.

Reyestrə ştatın 31,1 milyon sakini daxil edilib. Məlumata əsasən, 1971-ci il martın 24-dək ştatda yaşadıqlarını və Banqladeşdən qanunsuz miqrant olmadıqlarını sübut edən insanlar reyestrə daxil edilirlər.

O da bildirilir ki, mümkün etiraz aksiyalarından ehtiyat edildiyinə görə ştatda təhlükəsizlik tədbirləri gücləndirilib.