İki nəfər Bakı sakinini təkləyib soyğunçuluq etdi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yasamal rayonunda soyğunçuluq edən Sumqayıt şəhər sakinləri saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin
29-cu Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki,
rayon ərazisində tanımadığı iki nəfər onun 200 manat dəyərindəki mobil
telefonunu soyğunçuluq yolu ilə əlindən alıb. Şöbə əməkdaşları tərəfindən
həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə
şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri – 2001-ci il
təvəllüdlü Vüqar Məmmədov və 1992-ci il təvəllüdlü Ceyhun Bəylərov
saxlanılıblar.
Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri əraziyə quraşdırılan kameralar
vasitəsi ilə də qeydə alınıb.
Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi
üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin
qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polis orqanlarına
müraciət edə bilərlər.