İki nəfəri öldürən ata və oğlun şikayəti təmin edilmədi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Məhkəmədə Yardımlıda əmisi və əmisi oğlunu qətlə yetirməkdə
təqsirləndirilən Kənan Nuroğlu və atası Nurəddin Kərimovun barəsindəki qərardan
verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə
qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib
Qeyd edək ki, tərəflər arasında mübahisə Nurəddin Kərimov və oğlu Kənanın kənd
ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən baş verib. Belə ki,
qardaşı Şəmsəddin Kərimov və oğlu Elməddin əraziyə gələrək etirazlarını
bildiriblər. Yaranmış mübahisə nəticəsində Nurəddin avtomobilindən silahı
çıxarıb və hazır vəziyyətə gətirib, oğlu Kənan isə həmin silahdan atəş açmaqla
əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Nuroğlu ömürlük,
Nurəddin Kərimov isə 17 il müddətə azadlıqdan məhrum ediliblər.