f8a2ea10-5535-44bd-bc58-24194133a85a..jpg

İki nəfərin ölümünə səbəb olan şəxsə yeddi il həbs cəzası verildi

Baxış sayı: 796 dəfə baxılıb.

İki nəfərin ölümünə səbəb olan şəxsə yeddi il həbs cəzası verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda
iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə
təqsirləndirilən sürücüyə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi
Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin
istismarı qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda)
maddəsi ilə təqsirli bilib.

Məhkəmədə bildirilib ki, hadisə baş verən gün Elçin, dostları Anar, Vüsal və
Əli ilə birgə VAZ markalı avtomobillə yola çıxıb. Onlar yolda olarkən başları
söhbətə qarışıb və maşın saatda 80-90 kilometr sürətlə hərəkətdə olarkən
qarşıda dönmə manevri edən “Mercedes”ə çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü
46 yaşlı İlkin Xası oğlu Əzizov və Elçinin sərnişini 40 yaşlı Əli Şamil oğlu
Moqomov hadisə yerində ölüblər. Digər şəxslər isə xəsarət alıblar.

Məhkəmənin hökmü ilə qəzaya səbəb olan sürücüyə yeddi il həbs cəzası verilib.
İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan Elçin
məhkəmə zalındaca həbs edilib.

Source link