Altı uşaq anası övladlarından ikisini – yeniyetmə oğullarını iplə boğub öldürüb.
Bu barədə “Mirror Online” məlumat yayıb. Məlumatda deyilir ki, qadın digər övladlarını da öldürmək istəyib.
34 yaşlı ingiltərəli Sara Barrass övladlarının ölümü ilə bağlı məhkəmədə günahını etiraf edib. O, oğullarını – 14 yaşlı Bleyki və 13 yaşlı Tristanı öz evində öldürüb.
Barrass və onun otaq yoldaşı qətli planlı şəkildə törətdiklərini və məqsədlərinin 6 uşağın hamısını öldürmək olduğunu etiraf ediblər.
Hadisəyə qədər qadın öz “Facebook” hesabında Stiven Kinqin “Günbəzin altında” əsərində sitat yerləşdirib:
“Qətl törətmək kartof çipsi yemək kimidir – birini daddınsa, dayana bilməyəcəksən”.
Hazırda Barrassı ömürlük həbs cəzası gözləyir.