5d784664-c6d8-447f-bd4a-213ebea1bc40..jpg

İki övladı da eyni xəstəlikdən əziyyət çəkən ana fəryad edir: “Dəstəyə ehtiyacımız var” – FOTO

Baxış sayı: 502 dəfə baxılıb.

İki övladı da eyni xəstəlikdən əziyyət çəkən ana fəryad edir: “Dəstəyə
ehtiyacımız var” – FOTO

Həsən və Mehdi Həsənli qardaşlarının dəstəyə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onların anası Nərmin Həsənli məlumat verib.

O bildirib ki, övladları anadangəlmə miopatiya (əzələ xəstəliyi olub, əzələ
zəifliyi ilə müşahidə olunur) xəstəliyi ilə dünyaya gəlib.

“Hüseynin 14, Mehdinin isə 8 yaşı var. Onlar anadangəlmə miopatiya
xəstəliyindən əziyyət çəkirlər. Əzələlərində problem olduğu üçün, kömək olmadan
yeriyə bilmirlər. Uşaqların hissiyyatlarının tam ölüb əlil arabasına məhkum
olmamaları üçün müalicəyə və “G8” (vibromasaj) aparatına ehtiyacımız var.

Övladlarımın müalicəsi və aparatı almaq üçün lazım olan 2 400 manatın 1 000
manatını toplasaq da, 1 400 manata hələ də ehtiyacımız var. Yardımsevər
şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayaraq, Bakı şəhəri və bölgələr üzrə
TƏBİB tabeli tibb müəssisələrinə müraciət edib fizioterapiya xidmətlərindən
yaralana biləcəyi bildirilib. Həmçinin hər hansı tibbi prosedur aparatının
Xidmətlər Zərfində təminata alınmadığı bildirilib.

Ailə ilə əlaqə: (055) 802-84-21

Source link