İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıtda ana və iki azyaşlı övladı 11 gündür ki, itkin düşüblər.
Hadisə dördüncü mikrorayonda, 24 saylı binada qeydə alınıb.
Onlar sonuncu dəfə mayın 2-də şəhərin təhlükəsizlik kamerasına düşüblər.
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evində yaşayan
Sənəm Həsənova polis bölməsinə müraciət edərək bildirib ki, mayın 2-də 33 yaşlı
gəlini Şəbnəm Alıyeva azyaşlı iki övladı – 12 yaşlı Ayanı və 11 yaşlı Ayxanı
yaşadıqları evdən götürərək gedib və bir daha geri qayıtmayıb.
“Gəlinin özünün problemi yox idi. Deyilənə görə, oğlu xəstədir, bəlkə də, ona
görə dərddən başını götürüb qaçıb. Yoldaşı Rusiyaya işləməyə gedib. Çox yaxşı
ailədir. Bir il olar ki, buraya köçüblər. Bu müddət ərzində onların səsini
eşitməmişik”, – qonşusu söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində: