25945f5a-acdf-4a45-af2d-cbb606cc1664..jpg

İki qardaşdan birinin həyatına son qoyan qətl – TƏFƏRRÜAT + VİDEO

Baxış sayı: 762 dəfə baxılıb.

İki qardaşdan birinin həyatına son qoyan qətl – TƏFƏRRÜAT + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May
küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş
qətlin detalları məlum olub.

Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü
Kamil Cəfərovun ölümünə səbəb olub.

İş üzrə dindirilmiş Sərxan Dadaşov bildirib ki, sentyabrın 22-də yaşadığı
qəsəbədə, marketin qarşısında dayandığı vaxt tanımadığı bir nəfər yaxınlaşaraq
metronun “28 May” stansiyasına gedəcəyini bildirib.

Lökbatandan çıxmamış sərnişin parkın qarşısından sağa dönməsini, ora çatdıqda
avtomobili söndürməyini və bir xanımın 5 dəqiqədən sonra gələcəyini deyib.

Təxminən 2 dəqiqə sonra əvvəllər ədavəti olan Kamil Cəfərov və onun dostu
Şəhriyar Təhməzov avtomobilə yaxınlaşıblar və maşının qapısını açaraq Sərxan
Dadaşovun sinəsinə təpiklə zərbə vurublar.

Avtomobildə müştəri qismində əyləşən və Kamilin qardaşı olan Samir onun baş
nahiyəsinə bir neçə dəfə beşbarmaqla zərbələr vurub.

Şəhriyarla Kamil isə S.Dadaşovun ayağından çəkərək onu maşından çıxarmağa cəhd
göstəriblər. O, hər iki əli ilə sükandan tutaraq ucadan qışqırıb, insanları
köməyə çağırıb. Buna baxmayaraq, onu zorla avtomobildən yerə düşürüblər.

Bu zaman S.Dadaşov sağ qapının saxlanc yerindən açılıb-qatlanan bıçağı
götürüb. Həmin şəxslər onu yerə yıxaraq təpikləməkdə davam ediblər. Sərxan
Dadaşov bıçağı açaraq özünü qorumaqdan ötrü sağa-sola hərəkətlər etdirib. Həmin
an təpik atdığı üçün bıçaq Kamilin sağ ayağına dəyib. Kamillə Samir onu
buraxaraq qaçıblar.

Təxminən 1 saatdan sonra polis əməkdaşları Sərxanı 10-cu Polis Bölməsinə
aparıblar və orada bilib ki, Kamil Cəfərov ayağından aldığı xəsarətlər
nəticəsində çoxlu miqdarda qan itirərək dünyasını dəyişib. Məhkəmə iclasında
Sərxan Dadaşov ittiham üzrə özünü təqsirli bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Dadaşov 10 il müddətinə
azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin materialında:


Source link