“Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral
tarixli 1289 nömrəli Fərmanında dəyişiklik edilib.
President.az
bununla bağlı Prezidentİlham Əliyev müvafiq fərman imzalayıb.
Dəyişiklikdən öncə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron su təsərrüfatı” informasiya
sisteminin (ESTİS) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli
istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görürdü.
Fərmanla bundan sonra bu səlahiyyəti Dövlət Su Ehtiyatları Agentliyi həyata
keçirəcək.
Yeni fərmana görə, ESTİS-in sahibi və operatoru Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyidir.