41f6b80c-3cc6-4518-bead-105b9723a140..jpg

İki siyasətçi seçici imzalarını MSK-ya təqdim edib – YENİLƏNİB

Baxış sayı: 652 dəfə baxılıb.

İki siyasətçi seçici imzalarını MSK-ya təqdim edib – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin müdafiəsi
üçün toplanan 40 mindən artıq seçici imzası Mərkəzi Seçki Komissiyasına (MSK)
təqdim olunub.

“Report”un xəbərinə görə, imza vərəqələri tələb olunan sənədlərlə birlikdə
MSK-ya təqdim edilib.

16:16

Növbədənkənar prezident seçkisində öz təşəbbüsü ilə namizədliyini irəli sürən
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün
toplanan 40 mindən artıq seçici imzası Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim
olunub.

“Report”un xəbərinə görə, Seçki Məcəlləsində göstərilən imzalarla birlikdə
namizədin gəlirlərinin miqdarı və mənbələrinə dair məlumat, o cümlədən,
mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə
hesabatı da seçici imzalarına əlavə olunaraq MSK-ya təqdim edilib.

Xatırladaq ki, bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli
sürülməsi təsdiqlənib.

MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin
prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın
30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə
alınıb.

Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü
tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyevin, Böyük Quruluş
Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan
Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Milli Cəbhə
Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli
sürülməsinin təsdiq olunub.

MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən
irəli sürülən Sərvan Kərimovun, Mətləb Mütəllimlinin, Abutalıb Səmədovun,
Fikrət Yusifovun, Yusif Bağırzadənin, Arzuman Abdulkərimovun, Yunus Oğuz və
Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması
barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd
Səfərovun namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən
irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident
seçkisi keçiriləcək.

Source link