59019305-79fe-4e37-b908-4ca997678c8b..jpg

İki yaşlı Həmzənin anası: “Övladıma ət almağa belə pulum yoxdur” – FOTO

Baxış sayı: 795 dəfə baxılıb.

İki yaşlı Həmzənin anası: “Övladıma ət almağa belə pulum yoxdur” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki yaşlı Həmzənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun anası Jalə Kərimli məlumat verib.

O bildirib ki, övladı 8 aylıq olarkən onun beta-talassemiya xəstəliyindən
əziyyət çəkdiyini öyrənib.

“Həmzənin artıq iki yaşı var, o, 8 aylıq olarkən onun beta-talassemiya
xəstəliyindən əziyyət çəkdiyini öyrəndik. Həmin gündən müalicələrini etsək də,
müsbət heç bir irəliləyiş qeydə alınmayıb. Ayda iki dəfə qan köçürülməsi üçün
Talassemiya Mərkəzinə gedirik”.

Gənc ana Həmzənin onun tək övladı olduğunu bildirib.

“Həmzə bizim yeganə övladımızdır. Yoldaşım fəhlə işləyir, özümüz də kirayədə
qalırıq. Tək yoldaşımın qazancı ilə kirayəni, yeməyimizi güclə çatdırırıq.
İnanın, övladıma yemək üçün ət belə ala bilmirəm. Vəziyyətimiz çox ağırdır.
Həmzənin aylıq müalicəsi üçün 1 000 manata ehtiyacımız olur. Yardımsevər
şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 679-56-79.

Kart nömrəsi: 4198 4185 7004 1416.

Source link