e8c68b10-8102-4675-a611-b7cfc548334a..jpg

İki yaşlı körpə qaynar su olan vedrəyə yıxılıb: Dəstəyə ehtiyacı var – FOTO

Baxış sayı: 656 dəfə baxılıb.

İki yaşlı körpə qaynar su olan vedrəyə yıxılıb: Dəstəyə ehtiyacı var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il təvəllüdlü Zəhra Etibar qızı Həsənova iyun ayının 14-də ağır yanıq
xəsarətləri alıb.

Bu barədə Cixisyolu.com-a onun anası Rəqsanə Həsənova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Qızım həyətdə qaçdı-tutdu oynayırdı. Bu zaman mən də həyətdə vedrənin içində
su qaynadırdım ki, paltarlarımızı yuyum. Zəhra həmin vaxt vedrəni görmədi və
vedrənin içinə yıxıldı. O, çox ağır yanıq xəsarətləri alıb. Zəhradan başqa bir
qızım və bir oğlum da var. Maddi vəziyyətimiz çox ağırdır. Mən evdar qadınam.
Həyətimizdə kartof, pomidor, xiyar, göyərti əkərək ailəmə dəstək olmağa
çalışıram. Həyat yoldaşım isə fəhləlik etməklə bizi dolandırmağa çalışır.
Hadisədən dərhal sonra qızım Bakıda yerləşən xəstəxanalardan birində müalicə
aldı. Amma maddi imkan olmadığı üçün onun müalicəsini yarımçıq saxladıq.
Hazırda Zəhranın müalicəsi üçün 800 manata ehtiyac var. Yardımsevər şəxslərdən
xahiş edirəm ki, bizə dəstək olsunlar”.

Əlaqə nömrəsi: (055) 568-59-90 (Rəqsanə xanım).

Uni Bank – 5243 7544 4091 8124.

Source link