aa72956f-a1ab-4b66-8ac4-7044d33fa49a.jpg

İki yaşlı uşağın masaj zamanı ölməsi ilə bağlı ittiham olunan sınıqçı barəsində QƏRAR

Baxış sayı: 283 dəfə baxılıb.

Biləsuvar rayonunda azyaşlının ölməsi

faktı ilə bağlı ittiham olunan şəxsin barəsində istintaq orqanının təqdimatına
baxılıb.

APA-nın məlumatına görə, Biləsuvar Rayon Məhkəməsində rayonda sınıqçı kimi
tanınan Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Azyaşlının ailə üzvləri qərardan yuxarı instansiyaya şikayət edəcəklərini
bildiriblər.

Qeyd edək ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü
Nəzrin Emin qızı Qubadlının xalq təbabəti ilə məşğul olan şəxs tərəfindən
sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon
prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində
yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci
(ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai
istintaq aparılır.

Source link