fc57f52f-241f-44f9-a119-77d47541f86f..jpg

İki yaşlı uşağın qızılcadan ölməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Baxış sayı: 602 dəfə baxılıb.

İki yaşlı uşağın qızılcadan ölməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il təvəllüdlü azyaşlı Qaradağ rayonunun Qobustan qəsəbəsindən təcili
yardım ambulansı vasitəsilə təxliyə olunub.

APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, azyaşlı 30.11.2023-cü
il tarixində saat 21:32 radələrində 1 saylı Uşaq Yoluxucu Xəstəliklər
Xəstəxanasına qəbul olunub. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, dəri
və selikli qişalar sianozlu (göyümtül rəngdə) olub. Ağciyərlər üzərində
zəifləmiş sərt tənəffüs fonunda tək-tək yaş xırıltılar duyulub.

Xəstə süni tənəffüs aparatına qoşulub.

Aparılan bütün intensiv terapiya və reanimasiyon tədbirlərə baxmayaraq,
xəstənin ürək tənəffüs fəaliyyəti bərpa olunmayıb və 02.12.2023-cü il tarixində
saat 17:00-da bioloji ölüm baş verib.

Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd
olunmadığı məlum olub.

Source link