938f0114-b712-4961-9875-7be47bb3104f..jpg

İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib

Baxış sayı: 663 dəfə baxılıb.

İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi
yardım ödənilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda aparılan uğurlu sosial siyasətin mühüm istiqamətlərindən biri də
1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin
gücləndirilməsidir. Müstəqilliyimizin ilk illərində İkinci Dünya müharibəsi
iştirakçılarına laqeyd münasibət yaransa da, xalqımızın çağırışı ilə ümummilli
lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikamıza rəhbərliyə
qayıdışından sonra bu biganəliyə son qoyulub. Həmin vaxtdan İkinci Dünya
müharibəsi iştirakçılarının sosial müdafiəsi sahəsində ardıcıl tədbirlərin
həyata keçirilməsinə, 9 May – Qələbə Gününün də ölkəmizdə yenidən dövlət
bayramı kimi qeyd olunmasına başlanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin məlumatında bildirilib.

Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi diqqət
və qayğısı nəticəsində həmin kateqoriyaya aid vətəndaşların sosial müdafiəsi
sahəsində tədbirlər ildən-ilə daha da gücləndirilib. Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar
əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı həyata keçirilib.
Həmçinin İkinci Dünya müharibəsi iştirakçıları Prezidentin aylıq təqaüdləri və
aylıq pensiya ilə təmin olunurlar və ötən dövrdə bu ödənişlər mütəmadi olaraq
artırılıb.

Xüsusilə son beş ildə ardıcıl sosial islahatlar aparılmaqla, müavinət və
təqaüd ödənişlərinin 5 dəfə, orta aylıq pensiyanın 2,4 dəfə artmasına nail
olunub. İkinci Dünya müharibəsi iştirakçılarına pensiya təyinatı zamanı
pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb.

Dövlət başçısı tərəfindən hər il 9 May – Faşizm üzərində Qələbə Günü
ərəfəsində 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş
şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına,
arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə
birdəfəlik maddi yardım verilməsi barədə Sərəncamlar imzalanır.

Bu il də 2 may 2024-cü il tarixli sərəncamla İkinci Dünya müharibəsində
Qələbənin 79-cu ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2000
manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 1000 manat məbləğində
birdəfəlik maddi yardım ödənilib. Sərəncam ümumilikdə 2 946 şəxsi əhatə edib
ki, onlardan 29-u İkinci Dünya müharibəsi iştirakçısı, qalanları Sərəncamda
qeyd edilən digər kateqoriyalara aid şəxsdir. Həmin birdəfəlik maddi yardımın
məbləği də ötən dövrdə dəfələrlə artırılıb.

İkinci Dünya müharibəsi iştirakçılarının, həmin müharibədə həlak olmuş və ya
sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin sosial xidmətlərlə
təmin edilməsi işləri də aparılır.

Source link