1e1095ab-75af-45dc-ae08-d3703479ebc8..jpg

İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

Baxış sayı: 1. 573 dəfə baxılıb.

İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi
yardım veriləcək – SƏRƏNCAM
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak
etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az
məlumat yayıb.

Sərəncama əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş
şəxslərə iki min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya
sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə
fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya
müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən
donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün
tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya
müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş
nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi
iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının
2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

Source link