“ATV maqazin onlarla” proqramının “Hit parad” rubrikasının budəfəki qonağı müğənni Samir Piriyev olub.
ÇıxışYolu.Com xəbər verir ki, onluqda müğənniləri sıralayan Samir Natavan Həbibinin “Sevgi bizi yola verdi” mahnısını ikinci edib.
O, daha sonra Natavanı ikinci İlhamə Quliyeva adlandırıb:
“Buğa bürcündəndir, dəhşətdir. Qızım, sən yamansan. Ümumiyyətlə, Natavan idarəçidir. “Aypara” qrupunda çalışanda da belə idi. Aləmi bir-birinə vururdu.
Ağbirçəklik edirdi, hamı onunla məsləhətləşirdi. Onu kənardan müşahidə edirəm. Rəhmətliyin məktəbini görüb, ikinci İlhamə Quliyevadır, gəlir, ehtiyatlı olun”.