84e91bcb-b3e3-45d1-ba2e-c4d3e19b1432..jpg

İkiqat olimpiya çempionuna Kapitoli hücumuna görə hökm oxundu – FOTO

Baxış sayı: 620 dəfə baxılıb.

İkiqat olimpiya çempionuna Kapitoli hücumuna görə hökm oxundu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üzgüçülük üzrə estafet yarışında ikiqat Olimpiya çempionu (2004, 2008) Klit
Keller 6 yanvar 2021-ci ildə Vaşinqtonda iğtişaşlarda iştirak etdiyinə görə üç
il şərti həbs cəzasına məhkum edilib.

41 yaşlı keçmiş üzgüçüyə, həmçinin 6 ay ev dustaqlığı verilib. O, eyni zamanda
360 saatlıq ictimai işləri yerinə yetirməli olacaq.

Əynində ABŞ yığma komandasının gödəkçəsi olan ikiqat dünya çempionu videoda
Donald Trampın digər tərəfdarlarının əhatəsində Kapitolinin rotondasında
(dairəvi giriş hissəsində) görüntülənib.

Kellerə qarşı yeddi federal ittiham irəli sürülüb, lakin prokurorluqla əldə
olunan razılaşmaya əsasən, o, yalnız bir fakt üzrə günahını etiraf edib –
Kapitoliyə qanunsuz daxil olmaq. Bu maddə üzrə maksimum cəza isə 20 il həbsdir.

Lakin təslim olduqdan sonra hökumətlə fəal əməkdaşlığı və etdikləri üçün
səmimi peşmanlığı nəzərə alınaraq, hakim ona xeyli yüngül cəza verib.

Keller məhkəmədə hərəkətlərinin cinayət əməli olduğunu başa düşdüyünü və baş
verənlərə görə məsuliyyəti üzərinə götürdüyünü deyib. Daha sonra isə
qanunvericilər və Amerika xalqı qarşısında üzr istəyib.

Xatırladaq ki, Klit Keller Kapitolidən çıxandan sonra olimpiya gödəkçəsini
zibil qutusuna atıb və mobil telefonunu çəkiclə sındırıb. Lakin bir həftə sonra
keçmiş üzgüçü vicdan əzabına dözə bilməyib hakimiyyət orqanlarına təslim olub.

Mənbə: “ABC News”

Source link