e6f77975-2588-42d3-a643-b8f8c2346a83..jpg

İkiqat vergitutma aradan qaldırılır: Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? – VİDEO

Baxış sayı: 483 dəfə baxılıb.

İkiqat vergitutma aradan qaldırılır: Türkiyədən Azərbaycana gələn mallar
ucuzlaşacaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan
qaldırılacaq.

Milli Məclisdə bununla bağlı sazişin təsdiq edilməsi barədə qanun layihəsi
müzakirəyə çıxarılacaq.

Bəs, ikiqat vergitutmanın aradan qaldırılmasının əhəmiyyəti nə olacaq?

İqtisadçı Eyyub Kərimli bildirib ki, ikiqat vergitutmanın aradan qaldırılması
Türkiyədən idxal olunan məhsulların ucuzlaşmasına səbəb olacaq:

“Bu dəyişiklik, həmçinin Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin
daha da genişlənməsinə və şaxələndirilməsinə imkan verəcək. Digər tərəfdən
bizim məhsulların Türkiyə bazarında rəqabət qabiliyyətini artıracaq”.

Qeyd edək ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2023-cü
ildə Türkiyə Azərbaycana ən çox idxalın həyata keçirildiyi üç ölkədən biri olub.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link