İl ərzində neçə vətəndaş dövlət xətti ilə ipoteka krediti alıb?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu il İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 5,2 min vətəndaş
ipoteka krediti alıb.
Bunu fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev
bildirib.
Cixisyolu.com xəbər verir ki, Onun sözlərinə görə, borcalanlara ümumilikdə 433 milyon
manat krediti verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
“Bu il verilmiş kreditlərin 30%-i güzəştli olub”, – deyə departament direktoru
əlavə edib.
“İpoteka kreditlərinə tələb çox böyükdür, bu ilin əvvəlindən kredit almaq üçün
fonda rekord məbləğdə – 1,6 milyard manatlıq müraciət daxil olub. Bu isə
əvvəlki ilə nisbətən 20% çoxdur. İlin sonuna Mənzil İnşaatı Dövlət Agentliyinin
güzəştli mənzillərinin satışı gözləndiyi üçün, ipoteka kreditləşməsində yüksək
dinamikanın davam edəcəyini gözləyirik”, – deyə o qeyd edib.
Xatırladaq ki, bu günə qədər İKZF 47 525 borcalana 2 milyard 850,029 milyon
manat kredit verib.