İlahə Fəda: “Fədayəni mən ərköyün etmişəm, sonra öhdəsindən gələ bilmədim”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Fədayəni mən ərköyün etmişəm, sonra öhdəsindən gələ bilmədim”.
Bunu Moderator.az-a açıqlamasında müğənni Fədayə Laçının bacısı İlahə Fəda
deyib.
O, bacısı Fədayə Laçınla küsülülük iddialarına da son qoyub.
“Fədayənin ayağına bir tikan batsa, mənim ürəyimə sancılmış kimi hiss edərəm.
Fədayə bunu çox gözəl bilir. Mən Fədayədən necə inciyə bilərəm?! İncisəm də,
bir mahnısına qulaq asıram, ürəyimin yağı əriyib gedir. Ərköyündür də. Onu da
mən ərköyün etmişəm, sonra öhdəsindən gələ bilmədim. Boynuma alıram”, – deyə
İlahə bildirib.