85c12299-b657-4d91-81e3-81ce15a926ce..jpg

İlahə İbadova: “Keçmiş ərim dörd aylıq uşağımıza əl qaldırırdı” – VİDEO

Baxış sayı: 483 dəfə baxılıb.

İlahə İbadova: “Keçmiş ərim dörd aylıq uşağımıza əl qaldırırdı” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qadın çox vaxt mübahisə anında döyülür. Adətən ailə münaqişəsində qadın düzü
deyəndə kişi həzm edə bilmir”.

Bu sözləri müğənni İlahə İbadova verilişlərin birində şiddətə məruz qalan
qadınlardan danışarkən deyib.

Onun sözlərinə görə, şiddət görən qadınlardan biri də özü olub.

“Əməllərinə dözdüm. Əvvəl maşında da əl qaldırmışdı. Televiziyada işləyən
operatorlar da gördülər. Səbir etdim. Son dəfə 4 aylıq uşağa əl qaldırdığı üçün
bitirdim. Bəlkə də məni vursa, dözüb, səbir edərdim. Amma qız uşağına görə keçə
bilmədim. Xahiş etdim ki, uşağı ya yellə, ya da mənim qucağıma qoy. O da
yellədi, uşaq susmadığı üçün onu döyməyə başladı”, – deyə müğənni bildirib.

Qeyd edək ki, İlahə İbadova “Azəri Star” yarışmasının iştirakçısı olan
Mirsaleh Əliyevlə ailəli olub. Onların Ayan adlı 1 qızı var.


Source link