İlham Əliyev: İnkişafa və tərəqqiyə səs verdiniz - VİDEO

İlham Əliyev: İnkişafa və tərəqqiyə səs verdiniz – VİDEO

Baxış sayı: 2. 587 dəfə baxılıb.

Ötən gün  aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda möhtəşəm konsert proqramı təşkil olunub.

ÇıxışYolu.Com xəbər verir ki, təşkil olunan proqramda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Prezident İlham Əliyev səhnəyə qalxaraq prezident seçkilərində onu dəstəklədiklərinə görə təşəkkürünü bildirib:

“Bir daha sakitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdiniz. Müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək.

Azərbaycan gənclərinə üz tutub deyirəm ki, ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, xoşbəxt gələcəyə aparacaq. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan!”.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva incəsənət ustaları ilə görüşüb və xatirə şəkilləri çəkdirib.

Tədbir atəşfəşanlıqla başa çatıb.

www.ÇıxışYolu.Com