İlham Əliyev radikalizmə qarşı mübarizə yolunu açıqladı

İlham Əliyev radikalizmə qarşı mübarizə yolunu açıqladı

Baxış sayı: 2. 580 dəfə baxılıb.

Qənaətə gəldik ki, radikalizmə qarşı təkcə inzibati və ya hər hansı başqa tədbirlər vasitəsilə mübarizə aparmaq kifayət deyil. Biz bu cür təhlükəli ideyaların, necə deyərlər, həyat məkanını məhdudlaşdırmalı idik.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın dünyəvi dövlət kimi fasiləsiz uğurlu inkişafının başlıca qarantı təhsildir.

“Hazırda Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə yaxındır və təhsil məsələlərinə əhəmiyyətli dərəcədə diqqət ayrılır. Bunu vurğulamaq kifayətdir ki, bizim büdcəmizdə iki əsas xərc maddəsi var – müdafiə və təhsil. Müdafiənin səbəbləri aydındır. Təhsil isə Azərbaycanın gələcəyinin savadlı olması və radikalizmdən qoruna bilməsi üçündür.”

 Dövlət başçısının sözlərinə görə, ikinci mühüm amil sosial-iqtisadi inkişaf məsələsidir.

 “Biz görürük ki, çoxsaylı sosial-iqtisadi problemlər – yoxsulluq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır. Buna görə bu cür təbliğata qarşı mübarizənin mühüm amilləri, zənnimcə, təhsil, iqtisadi və sosial inkişafdır. Əlbəttə, fəal dövlət siyasəti və milli mənlik şüuru ideyalarının, bizim keçmişimizlə bağlı ideyaların, gələcək planlarımızın təbliği – bütün bunlar potensial təhlükələrə qarşı fəal mübarizə aparmağımıza kömək edir.

Deməliyəm ki, ölkəmizin daxilində cəmiyyətin radikallaşması ilə bağlı potensial risklər yoxdur. Biz, sadəcə, özümüzü kənar mənfi və təhlükəli təsirlərdən həm inzibati, həm də sosial-iqtisadi, ideoloji xarakterli tədbirlərlə qorumalıyıq”, – deyə AR prezidenti bildirib.

www.ÇıxışYolu.Com