İlham Əliyev AXC-nin 100 illiyində – YENİLƏNİB + FOTO

İlham Əliyev AXC-nin 100 illiyində – YENİLƏNİB + FOTO

Baxış sayı: 2. 591 dəfə baxılıb.

“Bu gün Azərbaycanda sözün əsl mənasında müstəqil siyasət yürüdülür. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub”.

ÇıxışYolu.Com xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, dövlət Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, onların adları əbədiləşdirilib:

“Bir neçə il öncə Bakının mərkəzində Xalqn Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb, 2018-ci il Xalq Cümhuriyyəti ili elan edilib. 23 aylıq fəaliyyəti dövründə Xalq Cümhzuriyyəti böyük işlər görüb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, Milli Ordunun əsası qoyulub, 200-dən çox qanun qəbul edilib, qadınlara səsvermə hüququ verilib, Bakı Dövlət Universiteti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın böyük faciəsidir.

Əminəm ki, müstəqillik əldən verilməsəydi hazırda Azərbaycan dünyanın ən zəngin ölkərindən biri idi.  Bu bir bir daha müstəqilliyin qorunub saxlanılmasının onu əldə etməkdən çətin olduğunu göstərir. 1990-cı ildə milli bayrağımızın ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda ucaldılması tarixi hadisədir”.

Dövlət başçısı xalqın maraqlarının siyasətin mənbəyi olduğunu və ölkədə qazanılan uğurların əsasında xalq, iqtidar həmrəyliyinin dayandığını, ölkənin beynəlxalq nüfuz və mövqeyinin daha da möhkəmləndirildiyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayan dövlət başçısı deyib ki, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci Erməni dövləti yaradılmasına imkan verilməyəcək:

“Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır və  biz bunu döyüş meydanında da sübut etmişik.  2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki,  güclü ordu müstəqilliyin qarantıdır”

13:46

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub.

ÇıxışYolu.Com-ın xəbərinə görə, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndirilib. Dövlət başçısı rəsmi qəbulda çıxış edib.

www.ÇıxışYolu.Com