Hər bir xalqın mətbəxi onun mədəniyyəti, ənənələri və imkanlarının göstəricisidir. Əlbəttə ki, Azərbaycan mətbəxi çox müxtəlif, çox dadlı, lakin çox təhlükəlidir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan mətbəxinin əsas təhlükəsi – nəzarət olunmayan çəki artımıdır.
“Ona görə gündəlik həyatda sui-istifadə etməməyə çalışıram. Baxmayaraq, hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini sevir və mən də istisna deyiləm.
Azərbaycan mətbəxindən sevimli yeməklərə gəldikdə isə, deməliyəm ki, onların hamısı xoşuma gəlir. Lakin ən çox həyat yoldaşım Mehribanın hazırladığı yeməkləri sevirəm. O, bu işdə yaxşı mütəxəssisdir. Öz kulinariya əsərləri ilə mənə və bütün ailə üzvlərinə sevinc bəxş edir”, – deyə AR prezidenti bildirib.