Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa böyük töhfə verir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu aprelin 5-də Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.
Prezident deyib ki, Azərbaycan öz tarixi ilə fəxr edir.
“Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh şəraitində yaşayıb. Azərbaycan həmişə multikultural ölkə olub. Azərbaycan bundan sonra da bu dəyərləri inkişaf etdirəcək”, – deyən prezident qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq:
Onun sözlərinə görə,100 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququ verib:
“Bu, 100 il əvvəl azadlığın yüksək səviyyəsi idi.
Biz 26 ildir ki, müstəqilik.
Lakin müstəqilliyin ilk illərində Dağlıq Qarabağ münaqişəsi, iqtisadi çətinliklərlə üzləşmişdik. İqtisadi müstəqillik önəmlidir.
Ona görə də biz iqtisadi inkişafa önəm verdik.
Bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir.
Bizim iqtisadiyyatımız ötən 15 ildə üç dəfədən çox artıb.
Biz insan kapitalının inkişafını da diqqət mərkəzində saxlayırıq.
Çoxlu məktəb, xəstəxana tikilib.
Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı, sağlamlığı dayanıb.
Biz insanlarımız üçün yaxşı həyat şəraiti təmin etmək üçün bütün tədbirləri görürük”.