7d60980e-82d0-426c-888a-e5cfa2c698c1..jpg

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşüb – YENİLƏNİB + FOTO

Baxış sayı: 970 dəfə baxılıb.

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşüb – YENİLƏNİB + FOTO

Yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə
görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı səfərə
dəvətə görə minnətdarlığını bildirdi, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz
regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana
göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın
nümunəsi olduğunu dedi.

Prezidentlər Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin sülhsevər dövlətlər
olduqlarını qeyd etdilər, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin
edilməsi işində göstərdikləri səyləri vurğuladılar.

Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi,
təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirildi,
bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı. Dövlət
başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin
müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd
edildi.

Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi
ilə Birləşmiş Ərəb Əmirliklərinin mühüm uğurlara imza atdığını, ciddi texnoloji
nailiyyətlər əldə etdiyini dedi, bu münasibətlə təbriklərini çatdırdı.

Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan öz növbəsində Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr
münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana
səfərə dəvət etdi.

Dəvət minnətdarlıqla qəbul olundu.

17:52

Yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə
görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Source link