İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Baxış sayı: 7. 045 dəfə baxılıb.

Martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

ÇıxışYolu.Com-ın xəbərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlətimizin başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat verdilər. Bildirildi ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.

Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış oldular.

Məlumat verilib ki, bina stasionar və diaqnostik hissələrdən ibarətdir. Stasionar hissə yeddimərtəbəli, diaqnostik hissə isə dördmərtəbəlidir. Hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək. Hospitalın 206 çarpayılıqdır.

Təcili tibbi yardım şöbəsi isə 12 yerlikdir.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTOİlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Dövlətimizin başçısı və xanımı burada çalışan xarici həkimlərlə görüşdülər, onlarla söhbət ediblər.

Hospitalda ümumilikdə 850 nəfərdən ibarət tibbi heyətin işləyəcəyi nəzərdə tutulur. Onlardan 22 həkim və 30 orta tibb heyəti Avropadan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislərdir. Bu mütəxəssislər dünyada öz sahələri üzrə məşhur olan tanınmış tibb işçiləridir.

Burada çalışan tibb mütəxəssisləri arasında ABŞ, Kanada, Avstraliya, Almaniya, İtaliya, Fransa, Belçika, Niderland, Xorvatiya, Serbiya, Yunanıstan, İspaniyadan olan yüksək peşəkar həkimlər var.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Pediatriya və neonatologiya şöbəsində azyaşlıların müalicəsi üçün hər cür şərait yaradılıb. Burada ümumi pediatriya, genetik konsultasiya, pediatrik nevrologiya, kardiologiya və cərrahiyyə xidmətləri göstəriləcək. Şöbədə, eyni zamanda, qabaqcıl laparoskopik prosedurlar da icra olunacaq.

Hospitalın şüa diaqnostika-radiologiya şöbəsi də ən müasir tibbi avadanlıqla təchiz olunub. Rentgen, MRT, kompüter tomoqrafiya və ultra səs müayinəsi avadanlığının quraşdırıldığı şöbə çoxmetodlu diaqnostik və müdaxiləvi vizualizasiya xidmətlərini təklif edir. Burada xəstələrə rəqəmsal radioqrafiya, rəqəmsal flüoroskopiya və digər xidmətlər də göstəriləcək.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTOİlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Diqqətə çatdırıldı ki, müəssisənin kliniki laboratoriya şöbəsi bütün xəstələri həftənin və sutkanın istənilən vaxtı hərtərəfli müayinələr və qan bankı xidmətləri ilə təmin edir. Burada müxtəlif laborator müayinələr aparmaq üçün dünyanın aparıcı şirkətlərinin istehsalı olan və ən müasir standartlara cavab verən avadanlıq quraşdırılıb.

Bu avadanlıq laborator müayinələri yüksək keyfiyyət və dəqiqliklə, həmçinin qısa müddətdə icra etməyə imkan yaradır. Laboratoriyanın məlumat sistemi xəstəxananın məlumat sistemi ilə əlaqəlidir. Kliniki kimyəvi laboratoriyada tamamilə avtomatlaşdırılmış nəzarət sistemi mövcuddur.

Son illərdə ölkəmizdə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı əsas yerlərdən birini tutur. Ən mühüm məqamlardan biri odur ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqət və nəzarətindədir. Vətəndaşların məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı çox mühüm işlər görülür.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Bu gün Azərbaycanda səhiyyənin inkişafına, bu sahədə əsaslı islahatların aparılmasına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.

Fondun dəstəyi ilə ölkəmizdə çoxlu sayda tibb ocaqları inşa olunub, mövcudları isə müasir səviyyədə yenidən qurulub. Bu layihələrin icrası zamanı səhiyyə müəssisələri dünyanın aparıcı şirkətlərinin müasir tibbi avadanlığı ilə təchiz olunur.

Bildirildi ki, Bona Dea Beynəlxalq Hospitalında helikopterlərin enməsi üçün meydança da yaradılıb.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Hospitalın ən müasir tələblərə cavab verən konfrans zalında müxtəlif toplantılar, iclas, görüş, müşavirə və digər tədbirlər təşkil etmək, həmçinin peşəkar həkimlərin gənc mütəxəssislərə təlimlər keçmələri üçün də hər cür şərait mövcuddur. Ümumi tutumu 145 yerlik olan bu zalda cərrahi əməliyyatları birbaşa izləmək mümkündür.

Dövlətimizin başçısı konfrans zalında hospitalda çalışan xarici həkimlərlə söhbət edib.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Azərbaycan Prezidentinə və birinci xanıma məlumat verilib ki, palatalarda xəstələrin müalicəsinin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait yaradılıb. Tibb müəssisənin qarşısına qoyduğu əsas məqsədlərdən biri də xəstələri səhiyyənin yüksək standartları ilə təmin etməklə yanaşı, müalicənin bütün mərhələləri üzrə innovasiyaların tətbiqidir.

Bu məqsədlə burada quraşdırılan və İKT-nin yeniliklərinə əsaslanan qurğular xəstələrin müalicəsinin yüksək səviyyədə təmin olunmasına imkan verir.

Hospitalın əməliyyat bloku da texniki təminatına görə mövcud olan bütün dünya standartlarına tam cavab verir. Tibb müəssisəsində 10 əməliyyatxana, 2 angioqrafiya otağı yaradılıb. Ümumilikdə burada fəaliyyət göstərən Cərrahiyyə Xidmətlər Klinikasında laparoskopik prosedurlar, açıq cərrahiyyə və digər cərrahi əməliyyatlar aparılacaq.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTOİlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTOİlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Beynəlxalq hospitalın ürək-damar cərrahiyyəsi şöbəsi ən müasir qeyri-invaziv və invaziv diaqnostik avadanlıqla təchiz edilib. Burada açıq ürək cərrahiyyəsini yerinə yetirmək mümkündür. Bundan başqa, şöbədə ürək çatışmazlığı, anadangəlmə ürək xəstəliyi cərrahiyyəsi və digər əməliyyatlar yerinə yetirilir.

Əməliyyatxanada quraşdırılan avadanlıq bu sahədə dünyanın aparıcı şirkətlərinin məhsullarıdır. Hospitalda ümumilikdə 70-dən artıq tibbi avadanlıq inteqrasiya olunub ki, bu da vahid mərkəzdən idarəetmənin təmin edilməsinə şərait yaradır.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Tibb müəssisəsinin ümumi reanimasiyası 28, neonatoloji reanimasiyası 10, kardioloji reanimasiyası isə 8 çarpayılıqdır. Xəstələrin rahatlığı üçün reanimasiya otaqları bir-birindən ayrı təşkil olunub. Bu şöbədə də tibbin son nailiyyətlərinə əsaslanan avadanlıq quraşdırılıb.

Bir sözlə, hospitalın bütün şöbələrində quraşdırılan son model tibb avadanlığı və qurğuları xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir, onların müayinə və müalicəsini, profilaktik işləri müasir tələblər səviyyəsində qurmaq üçün geniş şərait yaradır. Xəstəxanada ən müasir səviyyədə prenatal diaqnostik avadanlıq var.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTOİlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTOİlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTOİlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Hospital Avropanın məşhur tibbi və paramedikal heyəti ilə işləyir, aparıcı tibb institutları ilə əməkdaşlıq edir. Burada fəaliyyət göstərən aptekdə bütün dərmanlar elektron-reseptdən istifadə edilərək, həkimin cavabdehliyi altında təyin olunur, qapalı və nəzarət edilən avtomatlaşdırılmış paylanma kabinetlərində paylaşdırılır.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Xəstəxanadakı tibbi avadanlıq ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə, İsveç, Belçika və İspaniyanın aparıcı şirkətlərinin istehsalıdır. Onların arasında “Getinge Group”, “MAQUET”, “Siemens”, “Drager”, “Hill-Room”, “Olympus”, “Aesculap”, “Karl Storz”, “Sirona”, “Agoko”, “Abbott”, “BioMerieux”, “B-Braun”, “Swisslog”, “ZEISS” və s. müasir tibbi avadanlığın istehsalı üzrə ixtisaslaşan tanınmış şirkətlərin məhsulları var. Bu avadanlıq müayinəni dəqiqliklə yerinə yetirməyə, eyni zamanda, müalicə işini yüksək səviyyədə qurmağa imkan yaradır.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Tibb ocağında texnoloji yeniliklər tətbiq olunub. Burada yaradılan pnevmo-poçtla müxtəlif şöbələrə, o cümlədən qəbul və laboratoriya şöbələrinə analiz nümunələri, xəstələr üçün isə dərmanlar göndərmək mümkündür.

Hospital tibbi xidmətlər üzrə dünyada ən nüfuzlu keyfiyyət və təhlükəsizlik standartları olan JCI standartlarına uyğun layihələndirilib və qurulub. Tibbi heyətin və xəstələrin qidalanması üçün müəssisənin mətbəxində müasir avadanlıq quraşdırılıb, yeməkxanada lazımi şərait yaradılıb.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTOİlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

Diqqətə çatdırılıb ki, hospitalın binasının ümumi sahəsi 40 min kvadratmetrə yaxındır. Havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri binanın bütün ərazisini əhatə edir. Tibb ocağı fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Binada 2500 kilovoltlıq UPS dəstəyi, 7000 kilovoltlıq transformator quraşdırılıb.

Ölkəmizdə səhiyyənin müasirləşdirilməsi istiqamətində son illər icra olunan layihələrin tərkib hissəsi kimi yeni hospitalın istifadəyə verilməsi də vətəndaşların sağlamlığının təmin edilməsi, profilaktik tədbirlərin görülməsi, müayinə və müalicənin yüksək səviyyədə təşkil olunması işinə yeni imkanlar açır.

Bona Dea Beynəlxalq Hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım tibb ocağının kollektivi ilə görüşüblər.

İlham Əliyev Bona Dea hospitalının açılışında – YENİLƏNİB + FOTO

10:51

Martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsib.

Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlət başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat veriblər. Bildirilib ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış olublar.

Sonra dövlət başçısı və birinci xanım hospitalın kollektivi ilə görüşüblər.

www.ÇıxışYolu.Com