Azərbaycan prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşü olub.
ÇıxışYolu.Com-ın məlumatına görə, prezident İlham Əliyev M. İvaniçlə ötən görüşünü məmnunluqla xatırlayıb.
Söhbət zamanı VI Qlobal Bakı Forumunun mədəniyyətlərarası dialoqa və əməkdaşlığa verdiyi töhfə vurğulanıb. Bildirilib ki, dünyada Forumun nüfuzu getdikcə daha da artır.
Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əlaqələrin yaxşı perspektivləri var.
Söhbət zamanı ötən əsrin 70-ci illərindən Bakı ilə Sarayevonun qardaşlaşması məmnunluqla xatırlanıb.
13:24
Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşüb.
ÇıxışYolu.Com xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.