İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb –
YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Qoşulmama Hərəkatının COVID-19-a
qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə
səfər etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə
minnətdarlığını bildirib, səfər zamanı ikitərəfli əlaqələrimizlə bağlı
müzakirələr aparmaq üçün imkanların da yarandığını deyib.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ölkəmizdə olmasından
məmnunluğunu bildirdi, Bakının gözəlliyinin onu heyran etdiyini deyib. Qonaq
münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd edib, COVID-19 dövründə və
Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın onun ölkəsinə
göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.
Jelka Tsviyanoviç iqtisadiyyat, ticarət, investisiya, enerji və digər
sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin
çox yaxşı səviyyədə olduğu qeyd edilib. Ancaq iqtisadi-ticari əlaqələrin daha
da gücləndirilməsinin, həmçinin biznes dairələri arasında birbaşa təmasların
təşviqinin vacibliyi bildirilib.
Söhbət zamanı Bakı və Sarayevo şəhərlərinin hələ ötən əsrin 70-ci illərindən
qardaşlaşmış şəhərlər olduğu xatırlanaraq, şəhərlərarası əlaqələrin inkişafının
da önəmi vurğulanıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri dövlətimizin başçısını
ölkəsinə rəsmi səfərə dəvət edib.
Azərbaycan Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib.
10:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşüb.
Bununla bağlı AZƏRTAC
məlumat yayıb.