f3b07b0f-5346-415a-bcb0-2885d2d195e0..jpg

İlham Əliyev Davosda BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşüb – YENİLƏNİB + FOTO

Baxış sayı: 922 dəfə baxılıb.

İlham Əliyev Davosda BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə
görüşüb – YENİLƏNİB + FOTO

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna
Mohd Şərif ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev
xanım Maimuna Mohd Şərif ilə Bakıda və Ağdamda Milli Şəhərsalma Forumu zamanı
keçirdiyi görüşləri xatırladı.

Maimuna Mohd Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırladı və BMT-nin
Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü
bildirdi. O, hazırda Azərbaycanın UN-HABITAT-a könüllü maliyyə ianələrinə görə
dünya ölkələri arasında aparıcı dövlət olduğunu dedi.

UN-HABITAT-ın icraçı direktoru Azərbaycanın davamlı şəhər planlaşdırılması
sahəsində çox yaxşı nəticələrinin olduğunu və bu istiqamətdə fəaliyyətini davam
etdirdiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının məqsəd və
məramlarını dəstəklədiyini, UN-HABITAT-ın dünya miqyasında çox önəmli və vacib
missiya həyata keçirdiyini qeyd edərək, bundan sonra da Azərbaycanın bu
təşkilatın fəaliyyətinə dəstək verəcəyini bildirdi.

Maimuna Mohd Şərif Azərbaycanın şəhər planlaşdırılması sahəsində təcrübəsinin
dünya ölkələri üçün də maraqlı olduğunu qeyd etdi.

Söhbət zamanı BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında
əməkdaşlığın bundan sonra da inkişafı və növbəti Milli Şəhərsalma Forumunun
keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Xanım icraçı direktor Azərbaycanın UN-HABITAT-ın alt strukturlarının
fəaliyyətində yaxından iştirak etdiyini və müxtəlif səviyyələrdə qarşılıqlı
səfərlərin həyata keçirilməsini də məmnunluqla vurğuladı.

21:44

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna
Mohd Şərif ilə görüşüb.

Bu barədə AZƏRTAC

məlumat yayıb.

Source link