Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu göndərib.
ÇıxışYolu.Com-ın məlumatına görə, məktubda deyilir:
“Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.