Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın prezidenti Giorgi Marqvelaşviliyə Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.
ÇıxışYolu.Com-ın məlumatına görə, dövlət başçısı Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib:
“Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.