İlham Əliyev hobbisi barədə

İlham Əliyev hobbisi barədə

Baxış sayı: 2. 163 dəfə baxılıb.

Bəli, mənim hobbim yoxdur. Ancaq hesab edirəm ki, hobbi sənə fərəh və əyləncə gətirəni etməkdir. Mənə gəldikdə, bu öz əməyimin nəticələrini görməkdir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə Azərbaycan prezidenti İlham Əliyev öz maraqları barədə müxbirin suallarını cavablandırarkən deyib.

Prezident bildirib ki, bu, sıradan sözlər deyil, bir həqiqətdir.

“Nəzərdə tutulanların yerinə yetirildiyini görəndə, Azərbaycanın bu və ya digər inkişaf sferasında irəliləyişinin şahidi olduqda, bu, mənə böyük ruh yüksəkliyi verir, bu, istənilən hobbidən daha yaxşıdır.

Boş vaxtımı ailəmin əhatəsində keçirirəm, yəqin ki, elə onların arasında həyat enerjimi alıram. Məmnuniyyətlə işə gedib, məmnuniyyətlə işdən qayıdan insanam”.

www.ÇıxışYolu.Com