a2580256-cceb-460f-8ce5-8642af2b5b88..jpg

İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı yeni fərman imzaladı

Baxış sayı: 761 dəfə baxılıb.

İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı yeni fərman imzaladı

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin
təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilib.

Prezident.az xəbər verir ki,
bununla bağlı Prezidentİlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə qədər Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2022-ci il
dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə
hesablanmış faizlərə görə 2019-2025-ci illərdə subsidiyaların verilməsi üçün
tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq
illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməli idi.

Yeni fərmana əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2024-cü il
dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə
hesablanmış faizlərə görə 2019-2027-ci illərdə subsidiyaların verilməsi üçün
tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq
illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir

Source link