Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu göndərib.
ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, təbrikdə deyilir:
“Zati-aliləri, Kosta-Rika Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.