ad6aaad2-793f-40a2-9bd7-917fd8888fdf..jpg

İlham Əliyev Liviya Dövləti Prezident Şurasının sədri ilə görüşüb – YENİLƏNİB + FOTO

Baxış sayı: 845 dəfə baxılıb.

İlham Əliyev Liviya Dövləti Prezident Şurasının sədri ilə görüşüb – YENİLƏNİB
+ FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Liviya Dövləti
Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Məhəmməd Yunis Əl-Mənfiyə
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə
görüşündə iştirakına görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Liviya arasında siyasi əlaqələrin çox
yaxşı olduğunu, ikitərəfli münasibətlərimizin inkişafı üçün geniş imkanların
mövcudluğunu qeyd edib.

Azərbaycanın xarici siyasətində Ərəb dövlətləri ilə əlaqələrin inkişafının
prioritetlərdən biri olduğunu deyən dövlətimizin başçısı Ərəb Dövlətləri
Liqasının ötən il Əlcəzairdə keçirilən Zirvə toplantısında iştirakını
məmnunluqla xatırlayıb, bu tədbirin Azərbaycanın Ərəb dövlətləri ilə
münasibətlərin genişləndirilməsi işinə mühüm töhfə verdiyini vurğulayıb.

Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünün yüksək səviyyədə təşkil
olunduğunu və onun böyük əhəmiyyət kəsb etdiyini deyən Məhəmməd Yunis Əl-Mənfi
bu tədbirə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib,
ölkəmizin sədrlik dövründə bu Hərəkatın inkişafı üçün ciddi səylər göstərdiyini
və töhfələr verdiyini qeyd edib.

Liviya Dövləti Prezident Şurasının sədri dövlətimizin başçısının Ərəb
Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş sammitindəki çıxışını diqqətlə
dinlədiyini məmnuniyyətlə vurğulayıb.

Ölkəsinin Azərbaycanla əlaqələrdə maraqlı olduğunu qeyd edən Məhəmməd Yunis
Əl-Mənfi deyib ki, beynəlxalq gündəlikdə duran bir çox məsələlərə münasibətdə
Azərbaycanın və Liviyanın mövqeləri üst-üstə düşür.

Görüşdə münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün birgə səylərin
davam etdirilməsinin vacibliyi bildirilib, bu xüsusda qarşılıqlı sərmayələr,
tikinti, enerji sahələrində əməkdaşlığın önəmi qeyd olunub. Həmçinin
Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin və beynəlxalq
təşkilatlar çərçivəsində, həmçinin OPEK+ formatında əməkdaşlıq məsələsinin
əhəmiyyətinə toxunulub.

13:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Liviya Dövləti
Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşüb.

Bu barədə AZƏRTAC

məlumat verib.

Source link