İlham Əliyev Merkelə məktub göndərdi

İlham Əliyev Merkelə məktub göndərdi

Baxış sayı: 2. 317 dəfə baxılıb.

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri, xanım Angela Merkelə təbrik məktubu göndərib.

ÇıxışYolu.Com-ın məlumatına görə, məktubda deyilir: 

“Hörmətli xanım Federal Kansler!

Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığı məmnunluq doğurur.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

www.ÇıxışYolu.Com